Главная > Biznes > Bu il Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 1 %-dən çox artıb

Bu il Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 1 %-dən çox artıb


16-12-2024, 16:00. Разместил: Rss Bot Report

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsi 1 milyard 109 milyon 593 min manat təşkil edib.

Bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən "Report"un yerli bürosuna məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,2 % çoxdur.

Ticarət şəbəkəsində 570 milyon 330 min 800 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 539 milyon 262 min 200 manatlıq qeyri-qida məhsulları satılıb.


Вернуться назад