Главная > Biznes > Bayram günlərində bank və valyuta mübadilə xidmətləri fəaliyyət göstərəcək
Bayram günlərində bank və valyuta mübadilə xidmətləri fəaliyyət göstərəcək7-11-2024, 10:30. Разместил: Rss Bot Report |
|
Zəfər və Dövlət Bayrağı günləri ilə əlaqədar qeyri-iş günləri olan noyabrın 8–13-də bankların, “Azərpoçt” MMC-nin bir sıra filial və şöbələrinin, eləcə də valyuta mübadilə məntəqələrinin fəaliyyət göstərəcəyi bildirilib. "Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, qeyri-iş günlərində vətəndaşların və ölkəmizi ziyarət edən qonaqların valyuta mübadiləsi xidmətlərinə çıxışını təmin etmək məqsədilə 19 bankın 180 xidmət nöqtəsi (5 bankın 12 xidmət nöqtəsi 24 saat rejimində), “Azərpoçt” MMC-nin 68 şöbəsi və valyuta mübadilə məntəqələri xidmət göstərəcək. Həmçinin, noyabrın 11-də başlayacaq COP29 tədbiri və digər əlamətdar günlər zamanı Mərkəzi Bankın 966 Qaynar xətti 09:00-18:00 saatları ərzində fəaliyyətini davam etdirəcək. Banklar, “Azərpoçt” və valyuta məntəqələrinin iş qrafiki ilə bağlı əlavə məlumat üçün müvafiq keçidlər (, , ) təqdim olunub. COP29 konfransı ilə bağlı bankların ATM və POS-terminal infrastrukturunun davamlı işləməsi də xüsusi diqqətdə saxlanılacaq. Вернуться назад |