Bayram günlərində bank və valyuta mübadilə xidmətləri fəaliyyət göstərəcək
Zəfər və Dövlət Bayrağı günləri ilə əlaqədar qeyri-iş günləri olan noyabrın 8–13-də bankların, “Azərpoçt” MMC-nin bir sıra filial və şöbələrinin, eləcə də valyuta mübadilə məntəqələrinin fəaliyyət göstərəcəyi bildirilib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, qeyri-iş günlərində vətəndaşların və ölkəmizi ziyarət edən qonaqların valyuta mübadiləsi xidmətlərinə çıxışını təmin etmək məqsədilə 19 bankın 180 xidmət nöqtəsi (5 bankın 12 xidmət nöqtəsi 24 saat rejimində), “Azərpoçt” MMC-nin 68 şöbəsi və valyuta mübadilə məntəqələri xidmət göstərəcək.
Həmçinin, noyabrın 11-də başlayacaq COP29 tədbiri və digər əlamətdar günlər zamanı Mərkəzi Bankın 966 Qaynar xətti 09:00-18:00 saatları ərzində fəaliyyətini davam etdirəcək.
Banklar, “Azərpoçt” və valyuta məntəqələrinin iş qrafiki ilə bağlı əlavə məlumat üçün müvafiq keçidlər (, , ) təqdim olunub. COP29 konfransı ilə bağlı bankların ATM və POS-terminal infrastrukturunun davamlı işləməsi də xüsusi diqqətdə saxlanılacaq.
Oxşar xəbərlər
Mərkəzi Bank COP29 zamanı maliyyə sektorunun iş rejimini açıqlayıb
AMB Bakıda daha bir valyuta mübadiləsi məntəqəsinə lisenziya verib
Azərbaycanda iki valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Mahir Emreli: "Yayda karyeramın ən vacib qərarlarından birini verəcəyəm"
-
İran ABŞ-nin təklifinə cavab verdi
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
