sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İsrail ordusu Tehranda "Bəsic" komandiri Qolam Rza Süleymaninin öldürüldüyünü açıqlayıb
İsrail Müdafiə Ordusu Tehranda hava zərbəsi nəticəsində "Bəsic" bölməsinin komandiri Qolam Rza Süleymaninin öldürüldüyünü bəyan edib.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə İsrail Ordusunun hərbi mətbuat xidməti bildirib.
"Dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq, hərbi hava qüvvələri dünən Tehranın mərkəzinə məqsədyönlü zərbə endirərək son altı il ərzində "Bəsic" bölməsinin komandiri olan Qolam Rza Süleymanini öldürüb", - bəyanatda vurğulanıb.
İddia olunur ki, "Bəsic" bölməsi daxili etirazların yatırılmasında, o cümlədən kütləvi həbslərin həyata keçirilməsində və nümayişçilərə qarşı güc tətbiqində əsas rol oynayıb.
Oxşar xəbərlər
İsrail Ordusu: Qəzzada HƏMAS-ın HHQ-nin komandiri öldürülüb
İsrail HƏMAS-ın HHM qüvvələrinin başçısının öldürüldüyünü açıqlayıb
İsrail ordusu “Hizbullah”ın qərargah rəisini öldürüb
İsrail Ordusu: "Hizbullah"ın raket bölməsinin komandiri zərərsizləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
