Главная > Mədəniyyət siyasəti > Azərbaycan səfiri acarıstanlı nazirlə mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan səfiri acarıstanlı nazirlə mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edib3-05-2025, 02:30. Разместил: Rss Bot Report |
|
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın Acarıstan Muxtar Respublikasının mədəniyyət naziri Elisso Bolkvadze ilə görüşüb. “Report” xəbər verir ki, bu barədə regionun Mədəniyyət Nazirliyinin bildirib. “Acarıstanın mədəniyyət naziri Elisso Bolkvadze Azərbaycan Respublikasının Gürcüstandakı səfiri, habelə Batumidəki baş konsul Fuad Əzizovu qəbul edib”, – qurumun sosial şəbəkə hesabında qeyd olunub. Görüşdə həmçinin nazir müavinləri – Lado Mqaloblişvili, Badri Nakaşidze və İrma Abuladzenin iştirak etdiyi vurğulanıb. Tərəflər Azərbaycan – Gürcüstan münasibətləri, mədəni əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin gerçəkləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar. Xatırladaq ki, ötən ay Faiq Quliyev Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə strateji tərəfdaşlığı müzakirə etmişdi. Вернуться назад |