Главная > Mədəniyyət siyasəti > Tanınmış rəssam Məmməd Şirzad bir sıra əsərlərini AMEA-ya bağışlayıb
Tanınmış rəssam Məmməd Şirzad bir sıra əsərlərini AMEA-ya bağışlayıb30-04-2025, 13:00. Разместил: Rss Bot Report |
|
Azərbaycanın tanınmış rəssam-boyakarı, silsilə tabloların müəllifi olan rəssam Məmməd Şirzad bir sıra əsərlərini Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademiyanın 80 illik yubileyi münasibətilə quruma bağışlayıb. Bu barədə "Sizinxeber.az"a AMEA-dan məlumat verilib. Belə ki, M.Şirzad bununla bağlı AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə müraciət ünvanlayıb. M.Şirzadın AMEA-ya bağışladığı əsərlər sırasında iri həcmli “Bizim torpaq” pannosu, “Üzümçü qızlar” tablosu, bir sıra portret rəsmləri və Gürcüstan mövzusunda çəkdiyi rəsm əsərləri kimi rəsmlər olub. Bu münasibətlə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli professorla görüşüb, rəssama müəllifi olduğu əsərlərini Akademiyaya bağışlamasına görə minnətdarlığını bildirib. Azərbaycan təsviri incəsənətinin təbliği və inkişafında xidmətlərinə görə, professor Məmməd Şirzad AMEA-nın “Təşəkkürnamə”si ilə təltif edilib və bunu qonağa Akademik İsa Həbibbəyli təqdim edib. Вернуться назад |