Главная > Mədəniyyət siyasəti > Milli Kino Günü münasibətilə "CineMastercard" kinoteatrında xüsusi təklif olacaq
Milli Kino Günü münasibətilə "CineMastercard" kinoteatrında xüsusi təklif olacaq1-08-2025, 11:00. Разместил: Rss Bot Report |
|
Milli Kino Günü münasibətilə "CineMastercard" kinoteatrında xüsusi təklif olacaq, bütün Azərbaycan istehsalı filmlər cəmi 5 AZN-ə olacaq. Bu, yerli kino sənayesini dəstəkləmək və azərbaycanlı rejissorlara məxsus parlaq əsərlərin dadını çıxarmaq üçün əla fürsətdir. Aksiya yalnız bir gün - 2 avqust tarixində keçərlidir və kinoteatr repertuarındakı bütün Azərbaycan filmlərinə şamil edilir. Proqramda olacaq: “Tağıyev: Çar” - Neft sənayeçisi, milyonçu, mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatına həsr olunmuş dörd seriyalı filmin ikinci hissəsi. Film XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda və Azərbaycanın bölgələrində baş verən mühüm tarixi hadisələri əhatə edir. Layihə miqyasına görə Azərbaycan kinematoqrafiyası üçün əhəmiyyətli hadisəyə çevrilib. “Qapı” -Yeni həyat uğrunda oğurluq etməyə qərar verən üç qohum haqqında maraqlı kriminal tragikomediya. Hər şey planlaşdırıldığı kimi getmir və onlar gərgin psixoloji mübarizənin başladığı bir evdə tələyə düşürlər. “Apatiya 2” - Anasını axtarmaq üçün uşaq evindən qaçan Akifin dramatik hekayəsi. Yolda o, cəmiyyətin biganəliyi və sərt reallıqla üzləşir. Film mühüm sosial və mənəvi məsələləri gündəmə gətirir. “CineMastercard” kinoteatrı tamaşaçıları Azərbaycan kinosundan zövq almağa və milli kinematoqrafiyanın gücünü hiss etməyə dəvət edir. Вернуться назад |