Главная > Mədəniyyət siyasəti > Qız Qalası meydanında “Vyetnam Günləri”nə həsr olunan mədəni-əyləncəli proqram keçiriləcək
Qız Qalası meydanında “Vyetnam Günləri”nə həsr olunan mədəni-əyləncəli proqram keçiriləcək24-07-2025, 16:30. Разместил: Rss Bot Report |
|
Bakıda 25–30 iyul tarixlərində “Vyetnam Günləri” keçiriləcək, xüsusi proqram təşkil olunacaq. "Sizinxeber.az" xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Qeyd edilib ki, Azərbaycanın Vyetnamdakı Səfirliyinin təşəbbüsü və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirləcək tədbir iki qədim Şərq mədəniyyətini bir araya gətirəcək. İyulun 27-də isə Qız Qalası meydanında xüsusi mədəni-əyləncəli proqram baş tutacaq. Meydanda Vyetnam musiqisinin müşayiəti ilə rəssamlıq əsərləri sərgilənəcək, milli qadın geyimi Ao Zai nümayiş olunacaq. Eyni zamanda, qonaqlar üçün əl işlərinin satış-sərgisi də təşkil olunacaq. Вернуться назад |