Главная > Mədəniyyət siyasəti > Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub
Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub15-07-2025, 15:00. Разместил: Rss Bot Report |
|
Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub. "Sizinxeber.az" xəbər verir ki, kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Aida Mirzəyevadır. Kitab Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, dahi söz ustadının poeziyasındakı milli ruhun gürcü oxucusuna tanıdılması məqsədilə hazırlanıb. Monoqrafiya Tbilisidə "Universal" nəşriyyatı tərəfindən yayımlanıb və 191 səhifədən ibarətdir. Elmi redaktoru filologiya elmləri doktoru, prof.Almaz Əliqızı, rəyçiləri: filologiya elmləri doktoru, prof.Vaqif Sultanlı və fil.ü.f.d,dosent İradə Rəhmanovadır. Monoqrafiyada Bəxtiyar Vahabzadənin poeziyasında istiqlal düşüncəsi,milli ruh,vətən sevgisi və azadlıq ideyalarının poetik və fəlsəfi təhlilinə yer verilir. Вернуться назад |