Главная > İncəsənət > “Oskar” mükafatının növbəti təqdimetmə mərasimi 15 mart 2026-cı ildə keçiriləcək

“Oskar” mükafatının növbəti təqdimetmə mərasimi 15 mart 2026-cı ildə keçiriləcək


22-04-2025, 06:50. Разместил: Rss Bot Apa

“Oskar” kino mükafatının 98-ci təqdimetmə mərasimi 2026-cı il martın 15-də baş tutacaq.

APA xəbər verir ki, bu barədə 21 aprel tarixində Kino Sənətləri və Elmləri Akademiyasının mətbuat xidməti məlumat yayıb.

““Oskar” mükafatının 98-ci təqdimetmə mərasimi 2026-cı il martın 15-də, bazar günü, ABŞ-ın şərq vaxtı ilə saat 19:00-da canlı olaraq ABC kanalında yayımlanacaq”, - deyə məlumatda qeyd olunub.

Bundan əlavə, Kino Akademiyası vurğulayıb ki, filmlərin çəkilməsində süni intellektin istifadəsi namizədlik şanslarına təsir etməyəcək. Lakin qiymətləndirmə zamanı yaradıcı müəlliflik dərəcəsi nəzərə alınacaq.


Вернуться назад