Главная > İncəsənət > Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub
Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub21-06-2025, 09:00. Разместил: Rss Bot Report |
|
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının qalibləri müəyyənləşib. Bu barədə "Sizinxeber.az"a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasında beynəlxalq muğam ifaçıları müsabiqəsi təşkil olunub. İki turdan ibarət müsabiqəyə Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı, Çin və digər ölkələrdən ümumilikdə 31 gənc muğam ifaçısı qatılıb. Alibek Saparboyev və Dilnoza Akbarova (hər ikisi Özbəkistandan) 3-cü yerə, Nurəddin Tağıyev və Məhta Məhəmmədəlizadə Behnam (hər ikisi Azərbaycandan) 2-ci yerə, Farangiz Mahmudova isə (Özbəkistan) 1-ci yerə layiq görülüblər. Ölkəmizi təmsil edən Məftun Səfərli ən yaxşı nəticə göstərərək müsabiqənin Qran-prisini qazanıb. Azərbaycan Milli Konservatoriyasının "Ənənəyə sadiqliyə görə" xüsusi mükafatı isə Çin təmsilçisi Sincan Uyğur bölgəsindən musiqi qrupuna təqdim edilib. Özbəkistanın sədrlik etdiyi münsiflər heyətində Azərbaycan, Türkiyə və Almaniya təmsil olunub. Müsabiqə laureatlarının yekun konserti iyunun 22-də Ağdam Muğam Mərkəzində keçiriləcək. Вернуться назад |