Sizinxeber.az » Mədəniyyət » İncəsənət » Rusiyanın Xalq rəssamı: Şuşada sərgimi açmaq istəyirəm

Rusiyanın Xalq rəssamı: Şuşada sərgimi açmaq istəyirəm

“Mən Şuşada öz sərgimi açmaq istəyirəm”.

Bunu APA-nın Rusiya bürosuna müsahibəsində tanınmış rusiyalı rəssam, Rusiya Federasiyasının Xalq rəssamı Nikas Safronov bildirib.

O, Azərbaycanda dəfələrlə olduğunu, lakin Qarabağda, Şuşada olmadığını söyləyib.

“Əlbəttə ki, məmnuniyyətlə Qarabağa gedəcəm. Mən siyasətdən kənaram, lakin mənim bağlılıqlarım var, içdən mənə yaxın olan şeylər var. Mən Azərbaycanı çox sevirəm. Bu xalqı çox sevirəm. Çox qonaqpərvər xalqdır. Dəfələrlə Azərbaycanda olmuşam. Azərbaycana həsr olunan çoxlu işlərim var. Azərbaycanın görkəmli şəxsiyyəti Heydər Əliyevlə dost olmuşam. Heydər Əliyev Bakıda mənim ilk sərgimin açılışında iştirak edib. Bilirsiniz, insanları yaxından tanıyan zaman onlara vurulursunuz. Azərbaycan xalqı səmimi xalqdır. Bu ölkənin həm böyük şəhərlərində, həm də balaca kəndlərində insanların əsl ruhunu görmək mümkündür. Bu insanların səmimiyyəti, istiqanlılığı və açıqlığı heç vaxt sizi yeməksiz, hədiyyəsiz getməyə imkan verməyəcək. Bu xüsusi insanlardır, mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Xoşbəxtəm ki, 1998-ci ildə Bakıya gedib, Heydər Əliyevlə görüşmək mənə qismət oldu. Mən ona portretini verəndə uzun müddət şəklə baxdı və dedi: “Bu ölkədə sənin dostun var, o da mənəm” və biz dostlaşdıq. Ona görə də, mən böyük məmnuniyyətlə Qarabağa getmək istərdim. O yerlərin təbiətini görmək, tarixi yerləri gəzmək mənə maraqlı olardı”.

Rusiyalı rəssam Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin rəsmini çəkdiyini bildirib: “Artıq geri qaytarılan Şuşa şəhərini çəkərək bu işi görmüşəm. Şuşa tarixi və xüsusi yerdir. Təəssüf ki, Şuşada olmamışam, amma video materiallara baxdıqdan sonra bu şəhərin rəsmini çəkmişəm. Siyasətdən uzaq olmağa çalışıram, amma bir vətəndaş, bir insan kimi Azərbaycan xalqını həqiqətən çox sevirəm, Bakını sevirəm. Bakı dünyanın ən yaxşı şəhərlərindən biridir. Ona görə də hər il Heydər Əliyevin doğum günündə Azərbaycanın Rusiyadakı səfirliyinə gəlməyimdən məmnunam. Mən mütləq Qarabağa gedəcəm, Şuşada sərgimi açmaq istəyirəm”.

Qeyd edək ki, Nikas Safronovun Sankt-Peterburq Dövlət Tarix Muzeyində avqust ayında açılmış “Peterburqa böyük sevgi ilə” sərgisinin təntənəli bağlanış mərasimi keçirilib. Sərgidə ustad rəssamın peyzaj, portret, sürreal kompozisiyalar üslubunda çəkilmiş 90-dan çox əsəri nümayiş olunub. Rəssam Rusiyanın şimal paytaxtı, dünyanın mədəniyyət mərkəzlərindən biri olan Sankt-Peterburqa, onun əsrarəngiz mənzərələrinə, ziyalı mühitinə, zəngin tarixinə sevgisini kətan üzərinə köçürüb.

Sərginin bağlanışında Nikas Safronov özünün sonuncu əsərlərindən birini – “SMS” (“Слишком много смысла”, “Həddindən artıq məna”) layihəsini təqdim edib. Rəssamın sözlərinə görə, bu performans, ilk növbədə, gənclərin marağını cəlb etməyə yönəlib, ironik və metaforik obrazlarla yanaşı, dövrümüzün aktual mövzularını əks etdirən dərin mənaları özündə birləşdirib.

Daha bir maraqlı layihə isə “Teleqram” sosial şəbəkəsinin təsisçisi Pavel Durov və rəssam, Peterburq Yeni Təsviri İncəsənət Akademiyasının təsisçisi Timur Novikova həsr olunmuş “Azadlıq” art-obyektidir.

Sərgidə Safronovun Azərbaycana həsr olunan əsəri də nümayiş olunub. Belə ki, rəssamın Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın portreti olan “Mehriban xanım” adlı əsəri sərginin portretlər olan bölməsinə yerləşdirilib.

ДРУГИЕ НОВОСТИ

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  2. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  3. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  4. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  5. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  6. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  7. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  8. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  9. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
  10. Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Галерея
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq" width="290" alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib width="290" alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir width="290" alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib width="290" alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik" width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib