Главная > Kriminal > Taksi şoferini əvvəlcə döydülər, sonra bıçaqla... - FOTO
Taksi şoferini əvvəlcə döydülər, sonra bıçaqla... - FOTO6-08-2024, 11:40. Разместил: Rss Bot Baku |
|
Avqustun 6-da gecə saat 3 radələrində paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində taksi sifariş etmiş 2 nəfərin sürücünü döyüb bıçaqla hədələyərək “Chevrolet” markalı avtomobilini ondan almaları və avtomobillə hadisə yerindən qaçmaları barədə polisə məlumat daxil olub. Sizinxeber.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat daxil olub. Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Əli Kazımlı və 1994-cü il təvəllüdlü Şamil Rzayev Sabunçu rayonu ərazisində avtomobillə birgə saxlanılıblar. Araşdırma aparılır.
Sizinxeber.az
Вернуться назад |