Главная > Kriminal > Qəbələdə 3 il əvvəl törədilən qətlin üstü açılıb
Qəbələdə 3 il əvvəl törədilən qətlin üstü açılıb29-07-2024, 11:00. Разместил: Rss Bot Baku |
|
2021-ci il dekabrın 25-də Qəbələ rayonunda 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovun qeyri-aşkar şəraitdə almış olduğu xəsarətdən daxil olduğu xəstəxanada ölməsi faktına görə cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sizinxeber.az-ə verilən xəbərə görə, polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Mübariz Sultanovun qısqanclıq zəminində B.Salahova kəsici alətlə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. M.Sultanov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sizinxeber.az
Вернуться назад |