“The National”: Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşır
Qalıq yanacaqla zəngin olan Azərbaycanın qarşısında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etmək kimi çətin vəzifə durur.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə gündəlik "The National" qəzetində dərc olunan məqalədə bildirilib.
Məqalənin müəllifi qeyd edir ki, təxminən üç aydan sonra Bakı iqlim dəyişikliyi problemini həll etmək üçün 200-ə yaxın ölkədən nümayəndələri bir araya gətirəcək.
O, COP-a ev sahibliyinin asan olmadığını deyib: “Sammit zamanı danışıqlar bəzən gecə saatlarına qədər uzanır”.
Müəllifin sözlərinə görə, tədbirin neft hasilatı ilə bağlı zəngin tarixi olan ölkədə təşkili Qərb mətbuatında tənqid olunsa da, ölkə rəhbərliyi COP29-da qarşıya qoyulan məqsədlərə nail olunacağına əmindir.
"Bakının xeyrinə qərar verilməsi qalıq yanacaq sənayesi lobbiçilərinin danışıqlara nəzarəti ələ keçirdiyini düşünənlər tərəfindən tənqidə məruz qalıb. Lakin Azərbaycan Prezidenti İlham Əliyev Qərbin geniş, əlaqələndirilmiş media hücumuna cavab verdi", - məqalədə qeyd olunub.
Müəllif dövlət başçısının sözlərindən sitat gətirib: “Biz izah etməyə çalışırdıq, bu, bizim günahımız deyil ki, biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir. Biz iqtisadiyyatımızı necə şaxələndirmişik, işsizliyin öhdəsindən necə gəlmişik, yoxsulluğu necə azaltmışıq... Deyə bilərəm ki, vaxt keçdikcə bizə qarşı hücumların sayı azalır... Ancaq onu bilirik ki, tədbir yaxınlaşdıqca bu ittihamların və hücumların sayı artacaqdır”.
Bundan əlavə, müəllif qeyd edib ki, ölkə bərpa olunan enerji mənbələri sahəsində mühüm irəliləyişlər əldə edib, bu da Azərbaycanın “yaşıl keçid”ə hazır olmasından xəbər verir.
“Şəhərdən kənarda nəhəng Qaradağ Günəş Elektrik Stansiyası yerləşir. BƏƏ-nin “Masdar” şirkəti tərəfindən tikilən və ötən il istifadəyə verilən 230 meqavat gücündə stansiya ölkənin ilk belə sənaye miqyaslı layihəsidir. Bu stansiya təxminən 110 000 ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcək və məqsədi ətraf mühitə atılan tullantıları ildə 200 000 ton azaltmaqdır”, - məqalədə bildirilib.
Oxşar xəbərlər
Somali XİN başçısı: COP29-un uğurla keçirilməsi üçün Azərbaycanla sıx əməkdaşlığa hazırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ekspert: “COP29-un Azərbaycanda keçirilməsi qlobal problemlərin həllində strateji təşəbbüsdür” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: "Azərbaycan qalıq yanacaqdan əldə olunan gəlirləri davamlı inkişaf üçün istifadə edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Maliyyə Nazirlərinin İqlim Fəaliyyəti üzrə Koalisiyasının nümayəndələri ilə əməkdaşlıq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və ABŞ rəsmiləri COP29-la bağlı müzakirələr aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












