Главная > Aqrar-sənaye kompleksi > Azərbaycanın meyvə-tərəvəz idxalı artıb, ixracı azalıb
Azərbaycanın meyvə-tərəvəz idxalı artıb, ixracı azalıb16-10-2024, 11:50. Разместил: Rss Bot Apa |
|
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 195 milyon 802 min ABŞ dolları dəyərində 256 min 644 ton meyvə-tərəvəz idxal edib. Bu barədə "APA-Economics"ə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27,8% və 11,7% çoxdur. Hesabat dövründə meyvə-tərəvəz idxalı ölkənin ümumi idxalının 1,34 %-ni təşkil edib. Bu dövrdə Azərbaycan 458 milyon 798 min ABŞ dolları dəyərində 439 min 161 ton meyvə-tərəvəz ixrac edib. Bu isə, illik müqayisədə müvafiq olaraq 2,5% və 5,1% azdır. Doqquz ayda meyvə-tərəvəz ixracı ölkənin ümumi ixracının 2,31%-ni təşkil edib. Вернуться назад |