Zəngilanda hotel kompleksinin təməli qoyulub - FOTO
Zəngilanda hotel kompleksinin təməli qoyulub - FOTO

Zəngilanda hotel kompleksinin təməli qoyulub – FOTO

Zəngilanda hotel kompleksinin təməli qoyulub – FOTO
Mayın 4-də Zəngilanda hotel kompleksinin təməlqoyma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına kompleksin layihəsi barədə məlumat verdi.
Bildirildi ki, Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Hotel müasir səviyyədə inşa olunacaq, rayona səfərə gələnlərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.
Diqqətə çatdırıldı ki, 110 nömrədən ibarət olacaq hotel binasında konfrans, iclas və banket zalları, fitnes və spa mərkəzləri, qapalı və açıq hovuzlar, restoran və uşaq əyləncə mərkəzləri yaradılacaq. Hotel kompleksinin ərazisində, həmçinin 15 kottec də qonaqların istifadəsinə veriləcək.
Bir sözlə, müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi hotel kompleksi müasir standartlar səviyyəsində inşa olunacaq.
Sonra Prezident İlham Əliyev hotel kompleksinin təməlini qoydu.

Sizinxeber.Az

Zəngilanda hotel kompleksinin təməli qoyulub – FOTO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!