Zaxarovadan serb nazirə: ABŞ-a çağırış edin, bizə deyil!
Zaxarovadan serb nazirə: ABŞ-a çağırış edin, bizə deyil!

Zaxarovadan serb nazirə: ABŞ-a çağırış edin, bizə deyil!

Serbiya iqtisadiyyat naziri Rade Basta Rusiyaya sanksiyalar təklif etmək əvəzinə ABŞ-ın təzyiqlərinə qarşı çıxmalıdır.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Necə də qəribə mövqedir: Amerika Serbiyaya təzyiq edir, serbiyalı nazir isə Rusiyaya qarşı çıxmağa çağırır. Bəlkə, serbiyalı nazirin öz ölkəsinə təzyiqlərə qarşı qətiyyətlə çıxış etməsi yaxşı olardı? Rusiya ABŞ-dan fərqli olaraq, həmişə Serbiya və onun xalqına hörmət bəsləyib. Məsələ sadəcə tarixi həqiqətdə deyil, həm də aydın faktdadır: Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı Birləşmiş Ştatların Serbiyaya təzyiqləri bitməyəcək, daha da artacaq”, – deyə XİN sözçüsü bildirib.

Qeyd edək ki, Serbiyanın iqtisadiyyat naziri Rade Başta ölkəsinin antirusiya sanksiyalarına qoşulmaqdan imtina etdiyinə görə ağır bədəl ödədiyini, buna görə də AB-nin Kremlə qarşı sanksiyalarını dəstəklədiyini bildirib.

Sizinxeber.Az

Zaxarovadan serb nazirə: ABŞ-a çağırış edin, bizə deyil!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!