Zakir Həsənov: İlham Əliyev məni nazir təyin edəndə dedi ki...
Zakir Həsənov: İlham Əliyev məni nazir təyin edəndə dedi ki...

Zakir Həsənov: İlham Əliyev məni nazir təyin edəndə dedi ki…

2016-cı ildə Türkiyənin dəstəyi ilə bir neçə strateji yüksəkliyi ala bildik və bu, bizim qələbəmizin başlanğıcı oldu.

Axar.az-ın Report-a istinadən məlumatına görə, bu fikirləri Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində iştirak edən Azərbaycan müdafiə naziri Zakir Həsənov bildirib.

Nazir deyib ki, 44 günlük Vətən müharibəsində Türkiyə Cümhuriyyəti, xalqı və Silahlı Qüvvələri Azərbaycanın yanında olmaqla, bu mübarizənin zəfərlə başa çatmasına səbəb olub:

“2013-cü ildə Prezident İlham Əliyev məni müdafə naziri təyin edəndə bildirdi ki, bizim beynəlxalq hüquqa ümidimiz yoxdur, ikili standartlar var, biz gərək torpaqlarımızı öz gücümüzlə azad edək və “Bir millət, iki dövlət” prinsipindən çıxış edərək Türkiyə Silahlı Qüvvələrinin bilik və bacarığı, dəstəyi ilə ordumuzu quraq. Başda hörmətli nazirimiz Hulusi Akar olmaqla Türkiyə ordusuna, xalqına və dövlətə öz minnətdarlığımı bildirirəm”.

Sizinxeber.Az

Zakir Həsənov: İlham Əliyev məni nazir təyin edəndə dedi ki…

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!