Sizin Reklamınız Burada ola bilər!
Yerli bazarın əsas tədarükçüsünün anbarı yandı: Qida məhsulları bahalaşacaq? - ARAŞDIRMA - FOTO
Yerli bazarın əsas tədarükçüsünün anbarı yandı: Qida məhsulları bahalaşacaq? - ARAŞDIRMA - FOTO

Yerli bazarın əsas tədarükçüsünün anbarı yandı: Qida məhsulları bahalaşacaq? – ARAŞDIRMA – FOTO

Yerli bazarın əsas tədarükçüsünün anbarı yandı: Qida məhsulları bahalaşacaq? – ARAŞDIRMA – FOTO
Ötən gün “Azersun Holdinq” MMC-nin Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki “Azərsun Sənaye Parkı”nda irimiqyaslı yanğın baş verib.
Yanğın bir gün sonra səhər söndürüldüyündən miqyasının nə dərəcədə dəhşətli olduğu hər kəsə bəllidir. Bu səbəbdən yanğından sonra yaşanacaq fəsadlar cəmiyyətdə ciddi narahatlıq yaradıb. 
Belə ki, məlum yanğın ölkədə əsas qida tədarükçüsü olan şirkətlə bağlıdır. Cəmiyyətdə qiymət artımı və qida məhsullarında çatışmazlıq ola biləcəyinə dair narahatlıq yaranıb. 
Sosial şəbəkələrdə bu istiqamətdə artıq müəyyən fikirlər, proqnozlar səsləndirilir.
Məsələ ilə bağlı ekspertlərin proqnozlarının daha məqbul olacağını düşünərək iqtisadçı ekspert Xalid Kərimlinin fikrini öyrəndik. 

Ekspert Oxu.Az-a açıqlamasında bildirib ki, duru yağların qiyməti son dönəmlərdə sürətlə artıb:
“Ümumdünya Ticarət Təşkilatının statistikasına görə, 2016-cı il ilə müqayisədə duru yağlar dünyada 2,5 dəfə bahalaşıb. Təkcə Azərbaycanda deyil, dünyada belədir. Artım xüsusilə duru yağların – qarğıdalı, günəbaxan, palma, soya, zeytun və s. – qiymətində özünü büruzə verir. Ukrayna-Rusiya müharibəsi başlayanda duru yağların bahalaşması daha çox müşahidə edildi. Çünki günəbaxan yağının dünyada əsas ixracatçılarından biri Ukraynadır. Qarğıdalı yağının ixracatçısı kimi də əhəmiyyətli rol oynayır. Bu səbəblə tək mart ayında duru yağlar dünya bazarında 23,2 faiz bahalaşıb, qlobal miqyasda. Bu bahalaşma Azərbaycana da təsir edir və edəcək. Bahalaşma hələ tam olaraq bazarda oturuşmayıb”.
Ekspert deyir ki, Azərbaycanda 2020-ci il üzrə 75 min ton duru yağ istehsal edilib, 162 min ton idxal və 22 min tona yaxın duru yağ isə ixrac edib:
“İxracdan idxalı çıxsaq, ölkədə xalis duru yağ idxalı 140 min tondur. Ölkədə istifadəsinə baxanda isə bunun yarısından çoxu idxal edilir, 75 min ton isə istehsal edilir. Yəni bazarın təxminən 35 faizini (üçdən biri) yerli istehsal təmin edir”.
Yerli istehsalda “Azersun Holdinq” MMC-nin xüsusi rolunu vurğulayan, Bakı Yağ Zavodunun bu məsələdə əsas əhəmiyyəti olduğunu deyən ekspert baş verən yanğının yerli bazara təsirsiz ötüşməyəcəyinə diqqət çəkib:
“Azersun” “Gülüm”, “Möcüzə”, “Final”, “Teksun” markaları altında bir çox günəbaxan, qarğıdalı, zeytun yağlarını istehsal edərək bazara buraxır. “Azersun”un duru yağlarla bağlı bazarda əhəmiyyətli rolu var və onun ehtiyatlarının yanaraq kül olması, sözsüz ki, xoş xəbər deyil.
Təbii olaraq, bu, bazar üçün qiymət artımı deməkdir. Daxili istehsal olmadığından idxala üstünlük veriləcək. Belə olan halda isə 23 faizlik bahalaşmanı sürətlə hiss edəcəyik. Yerli bazarda artım ehtiyatlı şəkildə, nəzarət altında və əhaliyə ciddi təsir etməyəcək tərzdə artırılırdı. Bu bahalaşma dünyada baş verən prosesdir, sadəcə vəziyyət nəzarətdə saxlanmağa çalışılırdı. Lakin idxaldan asılılıq özünü qiymət artımı şəklində mağazalarda göstərəcək”.
Könül Cəfərli

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Yerli bazarın əsas tədarükçüsünün anbarı yandı: Qida məhsulları bahalaşacaq? – ARAŞDIRMA – FOTO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica