Sizin Reklamınız Burada ola bilər!
Yeniyetmələrin “TikTok” sevdası: Günahkar kimdir? - ARAŞDIRMA
Yeniyetmələrin “TikTok” sevdası: Günahkar kimdir? - ARAŞDIRMA

Yeniyetmələrin “TikTok” sevdası: Günahkar kimdir? – ARAŞDIRMA

Yeniyetmələrin “TikTok” sevdası: Günahkar kimdir? – ARAŞDIRMA
Son günlər “TikTok”dan yeniyetmələrin istifadəsi artıb. Belə ki, onlar sırf bu şəbəkədə məşhurlaşmaq üçün başqalarını qıcıqlandıracaq, düşünülməyən hərəkətlər edirlər. 
Bununla bağlı bir neçə misal çəkmək istərdik. 
Belə ki, ötən gün metronun “20 Yanvar” stansiyasında platformadan qatar yoluna yetkinlik yaşına çatmayan iki bacı düşüb. Onlar qatarın yaxınlaşdığı anda qaça-qaça video çəkərək həmin görüntüləri “TikTok” sosial şəbəkəsində paylaşmağı düşünüblər.
Eyni zamanda, dörd yeniyetmə oğlan digər yeniyetmənin şərəf və ləyaqətini alçaldıb, bunu mobil telefonla çəkərək “TikTok”da paylaşıblar.
Bəs uşaqlar “TikTok”dan düzgün necə istifadə etməlidirlər?
Klinik psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Yaş və İnkişaf Psixologiyası Şöbəsi”nin kiçik elmi işçisi Narınc Rüstəmova Oxu.Az-a açıqlamasında bildirib ki, “TikTok”, “Facebook”, “Instagram”, “WhatsApp” və digər sosial şəbəkə proqramları bu gün həyatımıza o qədər daxil olub ki, bununla da texnologiya asılılıqlarının sayı hədsiz artıb:
“Bu asılılığın digər asılılıq növlərindən fərqli olaraq yaş məhdudiyyəti yoxdur. Ancaq zərərli təsirlərinə ən çox məruz qalan yeniyetmə və gənclərdir. Bu da onların ən təməl ehtiyacı olan hansısa bir qrupa aid olma, paylaşma və sosiallaşmaq istəmə ehtiyacları ilə bağlıdır. Bir yeniyetmənin həyatında internet, oyunlar, sosial şəbəkələr bir çox rol oynayır.
Bu, yaşıdları arasında bir nüfuz sahibi olma göstəricisi kimi sayıla bilir, həm də onlarla danışılacaq ortaq mövzunun olmasına imkan verir. Onlar hansısa bir oyunda mərhələ-mərhələ keçdikcə və ya sosial şəbəkədə videopostlarına, şəkillərinə “like”lar çox gəldikcə, sanki həmin qrup arasında özünü təsdiq etmiş olur.
Təəssüf ki, bu baxımdan yeniyetmələr üçün ən rahat, eyni zamanda da ən təhlükəli, neqativ təsirlərinin çox olduğu platforma məhz “TikTok”dur. Bu proqramdan istifadədə ümumiyyətə yaş senzurası qoyulmayıb və filtrləmə funksiyası çox da geniş deyil.
Yəni övladlarımızın qarşısına onun yaşına uyğun olmayan videolar, postlar çox çıxır və rahatlıqla da tətbiq oluna bilir. Bu cür zərərli paylaşımlara, sosial şəbəkədən hədsiz istifadə və asılılıqlara daha real həyatda özünü doğrulda bilməyən, evdə, ailədə, cəmiyyətdə sözünü deyə bilməyən, özünü ifadə etməyə imkanı olmayan, ünsiyyət çətinliyi yaşayan uşaqlar daha çox meyil edirlər.
Bu uşaqların adətən özünəgüvəni aşağı, yaşıdları ilə ünsiyyət qura bilmə qabiliyyəti zəif, depressiv əhvali-ruhiyyədə, özünəqapanıq, həyəcan təşvişi çox olur. Real həyatda çox qadağalara, qayda-qanunlara məruz qalan uşaqlar da bu məzmunlu paylaşımlara meyil edə bilirlər.
Ona görə də özünü reallaşdıra bilməyən uşaqlar bu ehtiyacını sosial şəbəkələrdə və ya oyunlarda ödəyirlər. Sosial şəbəkələrdə minlərlə izləyicisi, aktiv paylaşımları olan, sərt, açıq-saçıq rəylər yazan uşağın bəlkə də real həyatda tək bir dostu belə yoxdur, hər hansı bir mövzuda fikrini soruşsan, dili dolaşacaq, həyəcan basacaq, əl-ayağı əsəcək. Xəyallarında qurduqları dünyanı, “mən” obrazını məhz sosial şəbəkə və oyunlar vasitəsilə reallaşdırırlar.
Məsələn, yeniyetmə saçını maviyə boyamaq istəyir, amma ailəsi icazə vermir. Baxsanız, görərsiniz ki, həmin yeniyetmə oyunda özünə bir obraz yaradır və saçları mavi olur. Əslində uşaqlarımızın oynadığı oyunları diqqətlə izləsək, onların daxili dünyası haqqında da məlumatlı ola bilərik”.
Psixoloq valideynlərə müraciət edib və onları çox diqqətli olmağa çağırıb:
“Təbiidir ki, indi elə bir dövrdür ki, uşaqları internetdən, telefondan tamamilə təcrid edə bilmərik və bu, düzgün də deyil. Sadəcə yaşlarına uyğun olaraq, istifadəni məhdudlaşdırmalı və nəzarətdə saxlamalıyıq. Yaxşı olar ki, övladlarımız ilə sosial şəbəkələrdən istifadə qaydaları, oradan gələ biləcək təhlükələr barəsində öncədən danışaq, onları maarifləndirək. Sosial şəbəkələrdən özünün və ailəsinin şəxsi məlumatlarının, telefon nömrəsinin, ünvanının, pul kartlarının şifrələrini və sair açıqlamamağın vacibliyini vurğulasınlar.
Ən önəmli nüans isə övladlarımıza məhdudiyyətləri qoyarkən, özümüz də davranışlarına fikir verməliyik. Çünki onlar bizim sözlərimizdən çox, hərəkətlərimizdən nümunə götürürlər. Əgər ana özü telefon aludəçisidirsə, ata evə gəldikdən sonra telefonu əlinə alıb oyun oynayır, gününün çox hissəsini telefonda keçirirsə, biz övladımızdan bu qayda-qanuna riayət etməsini nə dərəcədə tələb edə bilərik?”.
“TikTok” 2016-cı ilin sentyabr ayında Çində yaradılıb. Videoçəkiliş, paylaşma və canlı yayım xüsusiyyətlərinə malik bir sosial platformadır. 
Pornoqrafiyaya təşviq etdiyi iddiası ilə sözügedən proqramın istifadəsi 2019-cu ildə bir neçə həftə Hindistanda qadağan edilib. Proqramın nümayəndəsi onların yerli qanunlara riayət etdiyini bəyan edib. Məhkəmə platformanın bloklama ilə əlaqədar qərarına yenidən baxmağa imtina etdiyinə görə, şirkət bəyan edib ki, onun qaydalarına qarşı olan 6 milyondan çox video proqramdan silinib.
İlhamə Əbülfət

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Yeniyetmələrin “TikTok” sevdası: Günahkar kimdir? – ARAŞDIRMA

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica