Sizin Reklamınız Burada ola bilər!
featured

Yeniyetmə qızı döydüyü iddia edilən icra başçısı müavini: “Əxlaqsız videoları vardı” + FOTO

Lənkəran Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Arifqızı barəsində səsləndirilən iddialarla bağlı Sputnik Azərbaycan-a açıqlama verib. Bildirib ki, sözügedən iddialar əsassızdır.

R.Arifqızı yeniyetmə qızı döymədiyini söyləyib:

“Bu qız məktəbdə mənim qızımla bir sinifdə oxuyurdu. O, mənim qızımın və digər sinif yoldaşları olan qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıb. Mən bu barədə xəbər tutan kimi onun valideynlərinə məlumat verdim. Qızıma isə tapşırdım ki, onun telefonunu alıb mənə gətirsin. Onun telefonundan mənim qızımın və sinifdəki digər qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıldığını gördüm. Telefonda həmin yeniyetmənin özünün də əxlaqsız videoları vardı. Mən həmin videoları qızın valideynlərinə göndərdim”.

İcra hakimiyyəti başçısının müavininin sözlərinə görə, haqqında danışılan qız ata-anasının yanında yox, anasının xalasının himayəsində yaşayır:

“Eşitdiyimə görə, bundan sonra qızı valideynləri, xüsusilə atası döyüb. Onlar məndən həmin telefonu geri istəsələr də, mən telefonu polisə təqdim etdim ki, faktı araşdırsın. Ailə məndən qisas almaq üçün qızı mənim döydüyümü deyib. Qeyd olunub ki, guya mən onu attestat vermək adı ilə evə çağırmışam. Mənim evim isə attestat verilən yer deyil. Attestat məktəbdə verilir. Belə bir hadisə olmayıb. Sadəcə onlar məndən qisas almaq üçün mənə bu böhtanı atıblar”.

Qeyd edək ki, döyüldüyü iddia edilən yeniyetmə Lənkəran dörd saylı orta məktəbdə təhsil alır. R.Arifqızı bildirib ki, valideynlər bu olaydan sonra qızlarını həmin məktəbdən çıxarıblar.

14:06

Lənkəranda icra başçısının müavini tərəfindən döyüldüyü deyilən 9-cu sinif şagirdinin anası danışıb.

O, hadisə ilə bağlı anews.az-a açıqlama verib.

“Qızım icra başçısının müavininin qızı ilə eyni sinifdə oxuyur və yaxın rəfiqədirlər. Rəsilə Əliyevanın qızı mənim qızımın telefonundan sevdiyi oğlana mesaj yazıb. Bu münasibətdən xəbər tutan Rəsilə Əliyeva mənim qızımı da evlərinə çağırıb. Daha sonra həm öz qızını, həm də mənim qızımı döyüb. Həmin məkanda məktəbin direktoru Yeganə Əsgərova da olub. Qızım deyir ki, direktor sadəcə tamaşa edib, heç bir müdaxilə etməyib. Rəsilə Əliyeva öz qızını döyübsə, bu, ona aid olan məsələdir. Mənim qızımı hansı səbəblə döyə bilər? Hazırda hüquq-mühafizə orqanlarına da şikayət etmişəm. Məsələ araşdırılır. Mənim qızımı döyənlər cəzasız qala bilməzlər”, – şagirdin anası Ləman xanım bildirib.

Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirib ki, belə hadisə baş verməyib.

“Rəsilə Əliyeva haqqında deyilənləri təkzib edirik. Biz də hüquq-mühafizə orqanlarına müraciət etmişik. Hadisənin hansı zəmində və necə baş verdiyi araşdırılır. Nəticə barəsində məlumat veriləcək”, – qurumdan məlumat verilib.

12:24

Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyevanın yeniyetmə qızı vəhşicəsinə döydüyü iddia edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, hadisə ilə bağlı yeniyetmə qızın dayısı sığınacağa müraciət edib.

Dayının sözlərinə görə, Rəsilə Əliyeva və Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova (Babayeva) qızı döyüblər:

“Onlar məktəblini attestatı vermək adı ilə evə çağırıb, fiziki zorakılıq tətbiq ediblər. Buna səbəb Rəsilə Əliyevanın qızının telefonundan istədiyi oğlana mesaj yazması olub. Öz qızını da döyüb deyilənə görə, amma belə yox…”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-a bildirib ki, məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə daxil olmuş müraciət əsasında araşdırma aparılır:

“Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

 

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Yeniyetmə qızı döydüyü iddia edilən icra başçısı müavini: “Əxlaqsız videoları vardı” + FOTO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica