44 günlük savaş haqda ilk sənədli roman təqdim edildi
44 günlük savaş haqda ilk sənədli roman təqdim edildi

Yeni Bakı-İrəvan savaşı olarsa… – İCG-nin sensasion təhlili

Müharibədən cəmi iki il keçməsinə baxmayaraq, Ermənistan və Azərbaycan yeni konfrantasiyaya doğru gedir.

Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Krizis Mərkəzinin hesabatında bildirilib.

Qeyd edilib ki, yeni müharibə 2020-ci ildəki 44 günlük müharibədən daha qısa, ancaq İkinci Qarabağ savaşı qədər dramatik olacaq:

“O vaxtdan indiyə qədər hərbi balans yenə də Azərbaycanın xeyrinə dəyişib. Ənənəvi silah təchizatçısı olan Rusiyanın hazırkı vəziyyətinə görə (Ukrayna savaşı – red.) Ermənistan öz hərbi birliklərinin silahlanmasını tam təmin edə bilməyib, Azərbaycan isə əksinə, güclənir. Azərbaycan Ordusu Ermənistan ordusundan bir neçə dəfə böyükdür, daha yaxşı təchiz olunub və Türkiyənin dəstəyini alır”.

Hesabatda bildirilib ki, 2020-ci il 10 noyabr Bəyanatından sonra Rusiya Qarabağda sülhməramlılar yerləşdirib, həmçinin Ermənistan-Azərbaycan sərhədinin 44 günlük müharibə nəticəsində “yeni cəbhə xəttinə çevrilmiş” hissələrində öz sərhəd qüvvələrini və hərbi heyətini gücləndirib. İdeya ondan ibarət idi ki, Rusiyanın hətta kiçikmiqyaslı kontingenti Azərbaycanı saxlayacaq, çünki Bakı Moskva ilə konfliktə girməyəcək:

“Ancaq Ukraynada müharibə bu hesablamanı təsdiqləmədi. Rusiya qüvvələri ötən il bir neçə qığılcımın qarşısını ala bilmədi”.

Hesabat müəlliflərinin fikrincə, Azərbaycan Qarabağda və sərhəddə “bəzi əraziləri” mart və avqustda “ələ keçirib”, sentyabrda isə “Ermənistan ərazisinə girib”.

Ekspertlərin fikrincə, Ukrayna müharibəsi Ermənistan-Azərbaycan danışıqlarına kölgə salıb. Onların sözlərinə görə, Ukraynada müharibə başlayandan bəri Moskva Brüsselin vasitəçiliyini Rusiyanın təsirini cilovlamaq üçün növbəti cəhd kimi görür və Qərb paytaxtları onları nə qədər inandırmağa çalışsalar da, Kreml müdaxilə etməkdən imtina edir:

“Nəticədə iki saziş (sülhdən söhbət gedir – red.) layihəsi dövriyyəyə buraxılır: biri Rusiya, digəri Qərbin dəstəyi ilə hazırlanıb”.

Ekspertlərin iddiasına görə, Qərbin dəstəklədiyi layihə daha perspektivlidir, ona görə ki, bu layihəni tərəflər hazırlayıb.

Hesabatda bildirilir ki, tərəflərin (Ermənistan və Azərbaycan) yanaşmaları bir-birindən çox fərqlənir:

“Bütün kartlar Bakının əlindədir və Azərbaycanın – hərbi yolla bu məqsədlərə çatmağa çalışmaqdansa – mümkün sövdələşmədən, xüsusən də hərbi və xarici siyasət baxımından, qazanacağı daha çox şey var”.

Buna baxmayaraq, ekspertlər hesab edir ki, danışıqlar nəticə verməsə və ya “Moskvanın və Qərbin dəstəklədiyi yolları növbəti hərbi konflikt məhv etsə”, Azərbaycan istədiklərini öz gücü ilə götürəcək.

Sizinxeber.Az

Yeni Bakı-İrəvan savaşı olarsa… – İCG-nin sensasion təhlili

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!