Sizin Reklamınız Burada ola bilər!
"Yaşar Nurinin əşyalarını bağdan oğurlayıblar"

“Yaşar Nurinin əşyalarını bağdan oğurlayıblar”

Bu gün mərhum Xalq artisti Yaşar Nurinin anım günüdür.

Axşam.az xəbər verir ki, aktyorun həyat yoldaşı Rəhimə xanım “Səhər mərkəzi” proqramına müsahibə verib. O, Y.Nurinin oğurlanan əşyalarından bəhs edib:

“O, dünyasını dəyişəndə yarımçıq qalan bağ evimiz var idi. Yaşar müəllimin əşyalarını oraya yerləşdirdik. İki il əvvəl bağ evimizdə oğurluq hadisəsi olub. Onun əşyalarının bir neçəsi oğurlanıb. Elə biliblər qızıldır, götürüblər. Nəfəs aparatını saxlamışam. Həmin otağa daxil olanda təskinlik tapıram”.

Yaşar Nurinin dünyasını dəyişdiyi günü xatırlayan Rəhimə xanım “Bizim çağırdılar, getdim ki, həkim ağlayır. Dedim ki, onu girib elə görə bilmərəm, Yaşar həyatımda da canlı qalmalıdır. Onu ölü görsəm, həyat bağlanacaq mənim üçün” sözlərini əlavə edib.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
“Yaşar Nurinin əşyalarını bağdan oğurlayıblar”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica