featured

Yalnız İlham Əliyev və Tokayev “Mercedes”ə üstünlük verdilər

Rusiya prezidenti Vladimir Putinin yubileyi günündə MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitinə dövlət başçılarının əksəriyyəti “Aurus” icraçı sinfinə aid rus avtomobilləri ilə gəlib.

Teleqraf.com “Gazeta.ru”ya istinadən xəbər verir ki, yalnız Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Azərbaycan Prezidenti İlham Əliyev “Mercedes”ə üstünlük veriblər.

“Tokayev Strelnadakı Konstantinovski sarayına “Mercedes-Benz” markalı avtomobildə, Əliyev isə “Maybach”da (bu marka həm də “Mercedes-Benz”ə məxsusdur) gəlib. Sankt-Peterburqa gələn digər dövlət rəhbərləri Aurusla səyahət etməyi seçdilər. Onların arasında Ermənistanın baş naziri Nikol Paşinyan , Türkmənistan və Özbəkistan prezidentləri Serdar Berdiməhəmmədov və Şavkat Mirziyoyev , Tacikistan prezidenti Emoməli Rəhmon və Belarus prezidentləri Aleksandr Lukaşenko da var”, deyə məlumatda qeyd olunur .

Aurus-ların qiyməti 33,7 milyon rubldan başlayır.

 

Sizinxeber.Az

Yalnız İlham Əliyev və Tokayev “Mercedes”ə üstünlük verdilər

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!