IMF: Fars körfəzi, Qafqaz və Mərkəzi Asiya ölkələri ticarətin genişləndirilməsi üçün potensiala malikdir
IMF: Fars körfəzi, Qafqaz və Mərkəzi Asiya ölkələri ticarətin genişləndirilməsi üçün potensiala malikdir
Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələr, eləcə də Qafqaz və Mərkəzi Asiya ölkələri ticarət və investisiya əlaqələrinin genişləndirilməsi üçün əhəmiyyətli potensiala malikdir, lakin onun reallaşdırılması üçün gələcək struktur islahatları zəruridir.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) iqtisadçısı Fransua Penşo "Fars Körfəzi Əməkdaşlıq Şurası, Qafqaz və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi" adlı yeni hesabatın təqdimatına həsr olunmuş onlayn müzakirə zamanı bildirib.
Onun sözlərinə görə, əməkdaşlığın inkişafı üçün əsas istiqamətlər logistikanın və nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, ticarət maneələrinin azaldılması və birbaşa xarici investisiyaların cəlb edilməsi üçün şəraitin təkmilləşdirilməsidir: "Ticarət logistika və idarəetmənin yaxşılaşdırılması, eləcə də ticarət məhdudiyyətləri və tariflərin azaldılması sayəsində ən böyük dəstəyi alacaq".
Fondun qiymətləndirməsinə əsasən, mövcud boşluqların aradan qaldırılması Qafqaz və Mərkəzi Asiya ölkələrinə investisiya axınına əhəmiyyətli təsir göstərə bilər. Bu ölkələrdə birbaşa xarici investisiyaların potensial artımı ÜDM-in təxminən 0,7 %-i səviyyəsində qiymətləndirilir. Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələr üçün isə bu göstərici təxminən ÜDM-in 0,1 4 %-ni təşkil edir.
IMF-nin hesabatında qeyd olunur ki, hər iki regionun ölkələri bir-birini tamamlayan iqtisadi strukturlara malikdir: "Fars Körfəzi dövlətləri ənənəvi olaraq kapital mənbəyi kimi çıxış edir, Qafqaz və Mərkəzi Asiya ölkələri isə əsasən xarici investisiyaların alıcılarıdır".
