Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
in
2026
19:00
ff

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib

28 in, 2026
19:00
267

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanının Ras Tanura bölgəsində 14 nəfərin həyatını itirməsi ilə nəticələnən helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" sosial şəbəkəsində paylaşım edib.

"Ras Tanurada 14 nəfərin həyatına son qoyan faciəvi helikopter qəzası bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə, eləcə də Səudiyyə Ərəbistanı Krallığının hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk", - paylaşımda bildirilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Ras Tanura şəhərində "Saudi Aramco" şirkətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində azı 14 nəfər həlak olub.

Bizimlə əlaqə saxlayın

×
×