İlham Əliyev: Potensial əməkdaşlıq sahəsi olacaq məsələlərdən biri də müdafiə sənayesidir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
apr
2026
21:30
ff

İlham Əliyev: Potensial əməkdaşlıq sahəsi olacaq məsələlərdən biri də müdafiə sənayesidir

22 apr, 2026
21:30
755

İlham Əliyev: Potensial əməkdaşlıq sahəsi olacaq məsələlərdən biri də müdafiə sənayesidir

Azərbaycanla Latviya arasında müdafiə sənayesi də müzakirə olunub.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan-Latviya biznes-forumunda deyib.

"Müzakirə etdiyimiz və bəlkə də potensial əməkdaşlıq sahəsi olacaq məsələlərdən biri də müdafiə sənayesidir", - İlham Əliyev bildirib və əlavə edib ki, iki ölkənin bu sahədə imkanları fəal şəkildə inkişaf etdirilir:

"Bizə gəldikdə isə biz müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərəmizin, - söhbət özəl və dövlət şirkətlərindən gedir, - məhsullarını böyük sayda ölkələrə artıq ixrac edirik. Beləliklə birgə istehsal sahəsində əməkdaşlıq, işbirliyinin yaradılması bizim nəzərdən keçirə biləcəyimiz məsələlər ola bilər. Bir çox digər məsələlər də var".

Bizimlə əlaqə saxlayın

×
×