Ceyhun Bayramov BMT tədbirində Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini bildirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
apr
2026
12:30
ff

Ceyhun Bayramov BMT tədbirində Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini bildirib

20 apr, 2026
12:30
674

Ceyhun Bayramov BMT tədbirində Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının İcraçı Katibi tərəfindən təşkil olunan nahar və Nazirlər Dialoqunda iştirak edib.

"Report" xəbər verir ki, bu barədə XİN-in "X" sosial media hesabında məlumat yayılıb.

Qeyd olunub ki, nazir çıxışında Azərbaycanın inklüziv, dayanıqlı və nəticəyönümlü çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə sadiqliyini vurğulayıb, xüsusilə bağlantılar (nəqliyyat və kommunikasiya əlaqələri), rəqəmsal transformasiya və dayanıqlı iqtisadi artıma xüsusi diqqət yetirildiyini qeyd edib.

Tədbir Asiya və Sakit Okean regionunda regional əməkdaşlığın və dayanıqlı inkişafın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparmaq üçün nazirləri və yüksək səviyyəli nümayəndələri bir araya gətirib.

Bizimlə əlaqə saxlayın

×
×