Ceyhun Bayramov: Tailandla tərəfdaşlığımızı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
apr
2026
08:00
ff

Ceyhun Bayramov: Tailandla tərəfdaşlığımızı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm

20 apr, 2026
08:00
903

Ceyhun Bayramov: Tailandla tərəfdaşlığımızı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Tərəflər Azərbaycanın BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) sədri kimi prioritetlərini, Azərbaycan və Tailand arasında ikitərəfli münasibətlərin perspektivlərini, regional məsələləri müzakirə ediblər.

"Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyası çərçivəsində (UNESCAP) cənab Anutin Çarnvirakul ilə görüşməkdən şərəf duyuram.

Tərəfdaşlığımızı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm", - C.Bayramov "X"dəki hesabında yazıb.

Bizimlə əlaqə saxlayın

×
×