Ceyhun Bayramov ruandalı həmkarı ilə çoxtərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
apr
2026
14:00
ff

Ceyhun Bayramov ruandalı həmkarı ilə çoxtərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib

18 apr, 2026
14:00
678

Ceyhun Bayramov ruandalı həmkarı ilə çoxtərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Ruandanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Olivier Jean Patrick Nduhungirehe ilə görüş keçirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Coğrafi məsafəyə baxmayaraq, ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsinin gündəlikdə olduğu qeyd edilib və bu istiqamətdə siyasi məsləhətləşmə mexanizminin prosesə müsbət töhfə verəcəyinə dair inam ifadə olunub.

Bizimlə əlaqə saxlayın

×
×