Şahbaz Şərif: Antalyada İlham Əliyevlə Pakistan-Azərbaycan tərəfdaşlığını müzakirə etdik » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
apr
2026
01:00
ff

Şahbaz Şərif: Antalyada İlham Əliyevlə Pakistan-Azərbaycan tərəfdaşlığını müzakirə etdik

18 apr, 2026
01:00
776

Şahbaz Şərif: Antalyada İlham Əliyevlə Pakistan-Azərbaycan tərəfdaşlığını müzakirə etdik

Beşinci Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə gündən-günə artan Pakistan-Azərbaycan tərəfdaşlığının daha da gücləndirilməsi ilə bağlı məhsuldar müzakirə apardıq.

"Sizinxeber.az" xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı "X"dəki hesabında yazıb.

"Bu gün (dünən -red) Antalyada keçirilən 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyüm üçün çox şadam.

Gündən-günə artan Pakistan-Azərbaycan tərəfdaşlığının daha da gücləndirilməsi ilə bağlı məhsuldar müzakirə apardıq", - o qeyd edib.

Bizimlə əlaqə saxlayın

×
×