Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
apr
2026
18:00
ff

Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək

17 apr, 2026
18:00
829

Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək

Azərbaycan bu il avqustun 31-dən sentyabrın 6-dək Qırğızıstanda keçiriləcək VI Ümumdünya Köçəri Oyunlarında iştirakını təsdiqləyib.

Bu barədə "Sizinxeber.az"a Qırğızıstanın mədəniyyət naziri Mirbek Mambetaliyev bildirib.

O qeyd edib ki, bu gün Bakıda VI Ümumdünya Köçəri Oyunlarının təqdimatı keçirilib: "Bu il Qırğızıstan 6-cı Köçəri Oyunlarına ev sahibliyi edəcək. Oyunların açılışı Bişkek şəhərində olacaq. Oyunlar İssık-Kul gölündə keçiriləcək".

"Azərbaycan tərəfi öz iştirakını təsdiqləyib. Biz Azərbaycandan olan həmkarlarımızı həm idman yarışlarında, həm də mədəni və elmi proqramlarda iştirakını gözləyirik", - nazir bildirib.

Onun sözlərinə görə, Qırğızıstanla Azərbaycan arasında mədəni-humanitar əməkdaşlıq iki ölkə prezidentləri - Sadır Japarov və İlham Əliyevin dəstəyi ilə dinamik şəkildə inkişaf edir.

Bizimlə əlaqə saxlayın

×
×