Abdullah Eren: Azərbaycanda bütün sahələrdə ciddi inkişaf baş verir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
apr
2026
17:30
ff

Abdullah Eren: Azərbaycanda bütün sahələrdə ciddi inkişaf baş verir

17 apr, 2026
17:30
704

Abdullah Eren: Azərbaycanda bütün sahələrdə ciddi inkişaf baş verir

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə ciddi inkişaf baş verir.

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Eren bildirib.

Onun fikrincə, bu səbəbdən Azərbaycanla yalnız inkişaf yardımı göstərmək yanaşması ilə deyil, artıq daha çox inkişaf proqramları çərçivəsində əməkdaşlıq etmək lazımdır. Azərbaycana bir qardaş ölkə kimi yanaşılmalıdır:

"Texniki sahələrdə, ehtiyac duyulan bölgələrdə, o cümlədən 44 günlük savaşda səhra xəstəxanaları kimi humanitar dəstək istiqamətlərində azərbaycanlı qardaşlarımızı tək buraxmadıq. TİKA Azərbaycanın rifahı üçün çalışmağa davam etməkdədir. Bu çərçivədə Mərdəkan qalasında layihə icra edəcəyik. Bu əməkdaşlıq və dəstək gələcəkdə də davam etdirilməlidir".

Bizimlə əlaqə saxlayın

×
×