Sahibə Qafarova Türkiyədə Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının açılışında iştirak edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
apr
2026
11:00
ff

Sahibə Qafarova Türkiyədə Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının açılışında iştirak edib

16 apr, 2026
11:00
807

Sahibə Qafarova Türkiyədə Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının açılışında iştirak edib

Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqının (PAİ) 152-ci Assambleyasının açılış mərasimində iştirak edib.

"Sizinxeber.az"un məlumatına görə, tədbirdə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, PAİ-nin prezidenti Tulia Akson, PAİ-nin baş katibi Martin Çunqonq və BMT-nin koordinatoru Babatunde Ahonsi çıxış edərək keçiriləcək müzakirələrin aktuallığı barədə fikirlərini bildiriblər, tədbirin işinə uğurlar arzulayıblar.

"Gələcək nəsillər naminə ümidin gücləndirilməsi, sülhün təmin edilməsi və ədalətin qorunması" mövzusuna həsr olunan assambleyada parlamentlərin bu istiqamətdə fəaliyyətinin daha da gücləndirilməsinə yönəlmiş təşəbbüslər müzakirə olunacaq, bu sahədə əməkdaşlıq imkanları nəzərdən keçiriləcək.

Bizimlə əlaqə saxlayın

×
×