İnqa Ruqiniene: Litva Avropa İttifaqı–Azərbaycan əlaqələrinin daha da yaxınlaşmasını dəstəkləyir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
apr
2026
12:00
0
0
1 011
ff

İnqa Ruqiniene: Litva Avropa İttifaqı–Azərbaycan əlaqələrinin daha da yaxınlaşmasını dəstəkləyir

09 apr, 2026
12:00
1 011

İnqa Ruqiniene: Litva Avropa İttifaqı–Azərbaycan əlaqələrinin daha da yaxınlaşmasını dəstəkləyir

Litva təhlükəsizliyin, sabitliyin və iqtisadi rifahın gücləndirilməsi məqsədilə Avropa İttifaqı–Azərbaycan əlaqələrinin daha da yaxınlaşmasını dəstəkləyir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Litvanın Baş naziri İnqa Ruqiniene Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı "X" hesabındakı paylaşımında bildirib.

Baş nazir qonaqpərvərliyə görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Onun sözlərinə görə, Litva Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək imkanına sahib olmaqdan məmnunluq duyur:

"Litva təhlükəsizliyin, sabitliyin və iqtisadi rifahın gücləndirilməsi məqsədilə Avropa İttifaqı–Azərbaycan əlaqələrinin daha da yaxınlaşmasını dəstəkləyir və bu istiqamətdə enerji əməkdaşlığını əsas prioritetlərdən biri hesab edir. Artan qeyri-sabitlik və Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi şəraitində ölkələrimiz arasında əməkdaşlıq daha da vacibdir".

Baş nazir qeyd edib ki, Litva Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olunması istiqamətində səyləri qətiyyətlə dəstəkləyir, əldə olunan irəliləyişi alqışlayır və regionda sabitliyin davam etdirilməsinin tərəfdarıdır.

Bizimlə əlaqə saxlayın

×
×