İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
apr
2026
15:30
0
0
1 123
ff

İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib

08 apr, 2026
15:30
1 123

İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb.

Məsud Pezeşkian bu təbriklərə və Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlət başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

×
×