İlham Əliyev: İslamabadda "ASAN xidmət"in açılması dövlətlərarası əməkdaşlığın praktiki nəticəsidir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
mar
2026
11:30
ff

İlham Əliyev: İslamabadda "ASAN xidmət"in açılması dövlətlərarası əməkdaşlığın praktiki nəticəsidir

23 mar, 2026
11:30
436

İlham Əliyev: İslamabadda "ASAN xidmət"in açılması dövlətlərarası əməkdaşlığın praktiki nəticəsidir

Azərbaycan ilə Pakistan arasında əlaqələr çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Şahbaz Şərifə Pakistan Günü münasibətilə göndərdiyi təbrik məktubunda deyilir.

"Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, müdafiə, investisiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı gündən-günə yeni məzmunla zənginləşir. Bir müddət əvvəl İslamabadda ilk "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlaması genişmiqyaslı dövlətlərarası əməkdaşlığımızın yeni praktiki nəticəsidir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlər xalqlarımızın rifahına və firavanlığına, regionumuzda əməkdaşlığa xidmət edir", - müraciətdə deyilir.

Bizimlə əlaqə saxlayın

×
×