Azərbaycan və Pakistan XİN başçıları regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
mar
2026
07:30
ff

Azərbaycan və Pakistan XİN başçıları regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar

19 mar, 2026
07:30
599

Azərbaycan və Pakistan XİN başçıları regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd olunub ki, nazirlər regional təhlükəsizlik vəziyyəti və son geosiyasi inkişaflar barədə fikir mübadiləsi aparıblar, Yaxın Şərqdə gərginliyin azaldılmasının, sabitliyin təmin olunmasının vacibliyini vurğulayıblar.

Tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Bizimlə əlaqə saxlayın

×
×