Ceyhun Bayramovla Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
mar
2026
07:00
ff

Ceyhun Bayramovla Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər - YENİLƏNİB

19 mar, 2026
07:00
681

Ceyhun Bayramovla Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər - YENİLƏNİB

18 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Görüş zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyəti və son inkişaflar ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər regional sabitliyin qorunmasının, gərginliyin artmasının qarşısının alınmasının və beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayıblar.

Tərəflər Azərbaycan-Türkiyə müttəfiqliyinin regionda sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını qeyd edərək mövcud çağırışlara qarşı birgə və əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında Ər-Riyadda görüş keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial media hesabında məlumat paylaşılıb.

Görüşün təfərrüatları barədə məlumat verilməyib.

Qeyd edək ki, C. Bayramov Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir. Səfər çərçivəsində nazirin bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın

×
×