Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Sosial Xidmətlər Agentliyində olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
mar
2026
16:30
ff

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Sosial Xidmətlər Agentliyində olub

18 mar, 2026
16:30
676

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Sosial Xidmətlər Agentliyində olub

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində olub.

"Sizinxeber.az" xəbər verir ki, görüş Səudiyyə Ərəbistanı tərəfindən Ramazan Bayramı münasibətilə ölkəmizə göndərilən, həssas əhali qruplarına aid şəxslərə bayram sovqatı kimi nəzərdə tutulan 20 tonluq xurma payının təhvil verilməsi məqsədi daşıyıb.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov göstərilən diqqətə görə qarşı tərəfə təşəkkürünü ifadə edib.

Qonaqlara Agentliyin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən xidmətlər və sosial müdafiə tədbirləri barədə məlumat verilib.

Göndərilən sovqat Bakı şəhərində həssas əhali qruplarından olan 7 min şəxsə paylanıb.

Bizimlə əlaqə saxlayın

×
×