Tbilisi merinin müavini Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
mar
2026
18:30
ff

Tbilisi merinin müavini Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib

17 mar, 2026
18:30
648

Tbilisi merinin müavini Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib

İlaxır çərşənbə Gürcüstanda da qeyd olunub və Tbilisi merinin müavini Kaxa Abuladze Novruz bayramını birlik və dostluq bayramı adlandırıb.

"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, Tbilisi meri Kaxa Kaladzenin müavini Kaxa Abuladze jurnalistlərə açıqlamasında bildirib ki, Novruz bayramı yeni həyatın başlanğıcı, sevgi və birlik bayramıdır

"Mən azərbaycanlıları və bu bayramı qeyd edən bütün xalqları təbrik edirəm" , o bildirib və hər kəsə sülh arzulayıb:

"Gürcü və Azərbaycan xalqlarının dostluğu əsrlərə söykənir. Əsrlər boyu biz bir-birimizlə sülh və dostluq içində yaşamışıq".

Tbilisi merinin müavini Azərbaycan icmasına da təşəkkürünü bildirib.

Bizimlə əlaqə saxlayın

×
×