Monqolustanın səfiri: Azərbaycanla ticarət həcmi ölkələrimizin iqtisadiyyatlarının potensialını tam əks etdirmir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
mar
2026
13:30
ff

Monqolustanın səfiri: Azərbaycanla ticarət həcmi ölkələrimizin iqtisadiyyatlarının potensialını tam əks etdirmir

17 mar, 2026
13:30
421

Monqolustanın səfiri: Azərbaycanla ticarət həcmi ölkələrimizin iqtisadiyyatlarının potensialını tam əks etdirmir

Monqolustanın Ankarada iqamət edən, Azərbaycana akkreditə olunmuş qeyri-rezident səfiri Qombosuren Munxbayar iki ölkə arasında qarşılıqlı ticarət həcmi nisbətən aşağı olaraq qaldığını və ölkələrin iqtisadiyyatlarının potensialını tam əks etdirmədiyini bildirib.

"Report"un Türkiyə bürosuna müsahibəsində səfir vurğulayıb ki, hər iki tərəf ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır:

"İşgüzar görüşlər müntəzəm olaraq keçirilir və sahibkarlar arasında birbaşa əlaqələr qurulur, genişləndirilir. Bu yaxınlarda Bakıya işgüzar səfərim zamanı Ticarət və Sənaye Palatasının sədri ilə görüşdüm, iki ölkənin ticarət və sənaye palataları arasında birbaşa əlaqələrin qurulması və əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi apardıq".

Diplomat qeyd edib ki, Monqolustan və Azərbaycan arasında iqtisadi və ticarət əlaqələri ikitərəfli əməkdaşlığın inkişaf edən bir sahəsini təmsil edir:

"Ticarət strukturu baxımından, Monqolustanın Azərbaycan bazarına ixracının əsas hissəsini ət və ət məhsulları təşkil edir. Bununla yanaşı, Azərbaycandan Monqolustana ixrac edilən məhsullar arasında meyvə və çərəzlər üstünlük təşkil edir".

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Bizimlə əlaqə saxlayın

×
×