Çinin 9, Hindistanın 6 vətəndaşı İrandan Azərbaycana təxliyə olunub - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
mar
2026
12:30
ff

Çinin 9, Hindistanın 6 vətəndaşı İrandan Azərbaycana təxliyə olunub - YENİLƏNİB

17 mar, 2026
12:30
713

Çinin 9, Hindistanın 6 vətəndaşı İrandan Azərbaycana təxliyə olunub - YENİLƏNİB

İrandan martın 17-si saat 10:00-dan 12:00-dək 9 Çin, 6 Hindistan vətəndaşı Azərbaycana təxliyə olunub.

"Sizinxeber.az"un Cənub bürosu xəbər verir ki, onların keçidi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

Bununla da 28 fevraldan bu günə qədər Çinin 695, Hindistanın 11 vətəndaşı Azərbaycana təxliyə edilib.

İrandan martın 17-si saat 00:00-10:00 aralığında 1 Azərbaycan vətəndaşı və 3 Norveç diplomatı təxliyə olunub.

"Sizinxeber.az"un Cənub bürosu xəbər verir ki, onların keçidi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Bizimlə əlaqə saxlayın

×
×