Xanlar Vəliyev Prezidentdən üzr istəməlidir! - MM-də çıxış
Xanlar Vəliyev Prezidentdən üzr istəməlidir! - MM-də çıxış

Xanlar Vəliyev Prezidentdən üzr istəməlidir! – MM-də çıxış

Hərbi prokuror (Xanlar Vəliyev – red.) və keçmiş baş prokuror Zakir Qaralov hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidilər.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Tərtər işi” ilə bağlı çıxışında deyib.

“Tərtər işi” çərçivəsində yüzlərlə insanın günahsız yerə cazalanması, onlara işgəncə verilməsi, qətlə yetirilmələrinə diqqət çəkən millət vəkili bildirib ki, məhkumların hüquqlarını qorumaq üçün aparılan ictimai kampaniyaya rəğmən vətəndaş ədaləti Prezident İlham Əliyevdən gözləyirdi və Prezident də bu gözləntiləri doğrultdu:

“Saxta xəyanət hökmlərinin sifarişçiləri, təşkilatçıları, müdafiəçiləri, hərbi hissələrdə “samosud” təşkil edənlər, qurbanları hospitallarda cəza palatalarına bağlayanlar, Hərbi Prokurorluğun kölə müstəntiqləri və andsız hərbi hakimlər 5 il dövlət əleyhinə təbliğata bais olduqlarına görə məsuliyyət daşıyırlar. O casusluq işində imtiyaz və rütbə qazananlar da kənarda qalmamalıdır. Torpaqları düşmən əlində olan bir xalqın 405 nəfərini satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir. Saya diqqət yetirin, “samosudçular” və hərbi prokurorluq bir taboru – xüsusi vurğulayarıq ki, bir taboru – ermənilərin şantajına boyun əkməkdə ittiham edib. Belə adamlar nədən gedib Ermənistanda müstəntiqlik etmirlər?”

Sizinxeber.Az

Xanlar Vəliyev Prezidentdən üzr istəməlidir! – MM-də çıxış

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!