Xankəndi yolunda təxribat baş versə... - Zülfüqarov
Xankəndi yolunda təxribat baş versə... - Zülfüqarov

Xankəndi yolunda təxribat baş versə… – Zülfüqarov

Rus sülhməramlıların öz postunu geri çəkməsinin arxasında dayanan səbəbi hazırda tam dəqiq demək mümkün deyil. Lakin hərbçilərimiz və polisimiz orada təhlükəsizliyi qoruyur və bütün baş verə biləcək ssenarilərə hazır vəziyyətdədir.

Bu sözləri Axar.az-a Şuşa-Xankəndi yolunda ekofəalların etiraz aksiyasının keçirildiyi ərazidən sülhməramlıların öz postlarını 30 metr geri çəkməsi haqqında danışan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Zülfüqarov bildirib ki, dövlətimiz orada hansısa təxribatın baş verməməsində hamıdan çox maraqlıdır:

“Ərazidə müxtəlif bəhanələrlə haray-həşir salanlar isə ermənilərdir. Görünən odur ki, ölkəmizin ekoloqlarının etiraz aksiyası hansısa təxribat planlarını qabaqlayıb və beynəlxalq aləmi hərəkətə gətirə bilir. Nəzarət baxımından həmin ərazi Azərbaycan üçün əlverişlidir. Bölgəni müşahidə altında saxlamaq üçün lazımi texniki vasitələr də orada quraşdırılıb. Əgər hansısa təxribat baş versə, Azərbaycan həmin dəqiqə onu törədənlərlə bağlı faktları açıq şəkildə beynəlxalq aləmin gündəminə gətirəcək”.

Sizinxeber.Az

Xankəndi yolunda təxribat baş versə… – Zülfüqarov

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!