Xanəndə Süleyman Abdullayevin dəfn olunacağı yer məlum oldu
Xanəndə Süleyman Abdullayevin dəfn olunacağı yer məlum oldu

Xanəndə Süleyman Abdullayevin dəfn olunacağı yer məlum oldu

Əməkdar artist, xanəndə Süleyman Abdullayevlə (Dədə Süleyman) vida mərasimi bu gün saat 14:00-dan 15:00-a kimi yaşadığı evdə – Bakı şəhəri, Yasamal rayonunda keçiriləcək.
APA-nın xəbərinə görə, daha sonra xanəndə Binəqədi rayonu, Müşfiqabad qəsəbəsində ailə məzarlığında dəfn ediləcək.
11:00
Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev 83 yaşında vəfat edib.
Bu barədə “Report”a xanəndənin qızı Aygün Abdullayeva bildirib.
Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi ilə tanınır.
Xanəndə oxuduğu muğamlarda klassik şairlərin – Füzulinin, S.Ə.Şirvaninin, Vahidin qəzəllərinə müraciət edərək, xüsusilə vətən haqqında şeirlərə üstünlük verib. Öz sənəti ilə böyük bir elin müdrik ağsaqqalı kimi sevilən xanəndə xalq tərəfindən “Dədə Süleyman” deyə çağırılıb.
2012-ci il sentyabr ayının 14-də Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Abdullayev Süleyman Cümşüd oğluna “Əməkdar artist” fəxri adı verilib.

Sizinxeber.Az

Xanəndə Süleyman Abdullayevin dəfn olunacağı yer məlum oldu

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!