Xalq artisti nazir müavini təyin edildi
Xalq artisti nazir müavini təyin edildi

Xalq artisti nazir müavini təyin edildi

Azərbaycan mədəniyyət nazirinə yeni müavin təyin olunub.

Axşam.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Murad Fərid oğlu Hüseynov mədəniyyət nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Murad Hüseynov bu təyinatadək Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsində çalışıb. Pianoçu, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın Xalq artistidir. 2001-ci ildən Bakı Musiqi Akademiyasında müəllim-professor kimi fəaliyyət göstərir.

O, Bakı Musiqi Akademiyasının və Paris Ali Musiqi Akademiyasının məzunudur. Bir çox beynəlxalq müsabiqələrin laureatı və diplomantıdır, bir sıra  məşhur orkestr və musiqi kollektivləri ilə birgə konsertlər verib. 

Sizinxeber.Az

Xalq artisti nazir müavini təyin edildi

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!