Cevdet Yılmaz: "Qarabağın hər yerində Azərbaycan bayrağının dalğalanması hamımız üçün qürurvericidir"
"Qarabağın hər yerində Azərbaycan bayrağının dalğalanması hamımız üçün qürurvericidir".
“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda son illərdə ən böyük tarixi hadisə Qarabağın işğaldan azad edilməsidir.
“Bu böyük zəfərə liderlik edən başda Ali Baş Komandan, Prezident İlham Əliyevə və əməyə keçən hər kəsə ürəkdən təşəkkür edirik. Zəfər əldə edərkən şəhid olanlara rəhmət diləyirik. İndi işğaldan azad edilən bu torpaqların bərpa və dirçəldilməsi zamanıdır. Qarabağın çox güclü, inkişaf etmiş bölgə olması üçün əməkdaşlığımızı ən yuxarı səviyyədə davam etdirəcəyik. Turizmdən kənd təsərrüfatına qədər bütün sahələr daxil olmaqla əməkdaşlığımız davam edəcək”, - C.Yılmaz bildirib.
Oxşar xəbərlər
Cevdet Yılmaz: "Azərbaycanla Türkiyə beynəlxalq platformalar çərçivəsində əməkdaşlığı genişləndirməyə davam edəcək"
Azərbaycanda tikinti sahəsində fəaliyyət göstərən Türkiyə şirkətləri 517 layihəyə imza atıb
Azərbaycan-Türkiyə Hökumətlərarası İqtisadi Komissiyanın iclası Ankarada keçiriləcək
Türkiyənin vitse-prezidenti: "Biz istəyirik ki, daha çox iş adamı Azərbaycana gəlsin"
Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşları açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













