Главная > Region > Yermak: İstanbulda vətənə qaytarılmalı olan ukraynalı uşaqların siyahısı Rusiyaya təhvil verilib

Yermak: İstanbulda vətənə qaytarılmalı olan ukraynalı uşaqların siyahısı Rusiyaya təhvil verilib


2-06-2025, 18:00. Разместил: Rss Bot Report

İstanbul danışıqlarında Ukrayna Rusiya nümayəndələrinə ukraynalı uşaqların siyahısını təqdim edib.

“Sizinxeber.az” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak sosial şəbəkələrdə yazıb.

Onun sözlərinə görə, söhbət Rusiyaya deportasiya edilmiş yüzlərlə uşaqdan gedir.

"Ukraynalı uşaqların qaytarılması ədalətli və uzunmüddətli sülhün ayrılmaz hissəsi və etimadın əsas elementidir. Cavab gözləyirik. Top Rusiyanın meydanındadır", - Yermak qeyd edib.

Daha əvvəl ombudsman Dmitri Lubinets bildirmişdi ki, müharibənin əvvəlindən Rusiya Ukraynadan 19,5 mindən çox uşağı deportasiya edib. Mindən çox uşağı geri qaytarmaq mümkün olub.


Вернуться назад